Gürcüstanın avtomobil ixracının 62%-i Azərbaycanın payına düşüb

Gürcüstanın avtomobil ixracının 62%-i Azərbaycanın payına düşüb
# 20 avqust 2020 12:38 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstanın avtomobil ixracının dəyəri illik müqayisədə 42,2% azalaraq 198 509,6 min ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə bu kateqoriya üzrə ixrac ölkənin ümumi ixracının 11,3%-ni təşkil edib. 2019-cu ildə isə Gürcüstan 343 689,7 min dollar dəyərində avtomobil ixrac edib və onun ölkənin ümumi ixracında payı 16,3% təşkil edib.

Hesabatda qeyd olunub ki, cari ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 122 211,7 min dollar dəyərində avtomobil ixrac edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 443,1 min dollar və ya 0,4% çoxdur. Belə ki, ötən ilin ilk 7 ayı ərzində isə Gürcüstan Azərbaycana ixrac etdiyi məhsulun dəyəri 121 768,6 min dollara bərabər olub.

Beləliklə, hesabat dövründə Gürcüstanın avtomobil ixracının 61,5%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR