Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 12%-dək azalıb

Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 12%-dək azalıb
  • Clock-gray 11:12
  • calendar-gray 21 Dekabr 2020

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 831 349,2 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,5% və ya 107 968,3 min dollar azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Hesabat dövründə Gürcüstan Azərbaycandan 431 725.9

min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 11,3% azdır. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 6%-ni təşkil edib.

Yanvar-noyabr aylarında Gürcüstanın Azərbaycana ixracı isə 399 623,2 min dollara bərabər olub. Bu, əvvəlki illə müqayisədə 11,7% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 13,2%-ni təşkil edib.

Nəticədə, Gürcüstanın 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla ticarət dövriyyəsində 32 102,7 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 5,02% azdır. Belə ki, ötən ilin analoji dövründə mənfi saldo 33 799,7 min dollara bərabər olub.

Səid Babazadə

Digər xəbərlər