İKZF bu il akitvlərini 1,85 mlrd. manata çatdıra bilər

İKZF bu il akitvlərini 1,85 mlrd. manata çatdıra bilər
# 30 noyabr 2020 13:14 (UTC +04:00)

Sabaha elan verdiyimiz 50 mln. manatlıq istiqraz yerləşdirəcəyimizi nəzərə alaraq, bu ilin sonuna İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri 1,85 mlrd. manata çatacaq.

"APA-Economics"in məlumatına görə, bunu İKZF-nin jurnalistlər üçün təşkil etdiyi tədbirdə Fondun İdarə Heyətinin sədrinin müavini Rəhman Hümmətov suallara cavab verərkən deyib.

Nizamnamə kapitalına toxunan sədr müavini bildirib ki, onun artırılmasının Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirildiyini qeyd edib və nizamnamə kapitalının artırılmasında əminliyini vurğulayıb: "Cari ildə 250 mln. manatlıq istiqraz emissiyamız planlaşdırılır və biz cari ilin sonuna bu plana tam əməl etmək niyyətindəyik. Lakin burada bir məqamı da nəzərə almaq lazımdır – biz hər il istiqrazlar üzrə ödənişlər də həyata keçiririk".

R. Hümmətov əlavə edib ki, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində indiyədək 380 müqavilə rəsmiləşdirilib və əlavə mənzillərin kirayə verilməsi əhalinin tələbindən asılı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR