İnvestorların Almaniya iqtisadiyyatına inamı azalıb

İnvestorların Almaniya iqtisadiyyatına inamı azalıb
# 10 noyabr 2020 15:45 (UTC +04:00)

Bu ilin noyabr ayında Almaniyada investorların iqtisadiyyata inam indeksi oktyabrda qeydə alınan 56,1 bənddən 39-a enib.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin (ZEW) hesabatında bildirilir.

Sözügedən indeks "Reuters"in sorğusunda iştirak edən analitiklərin proqnozundan (41,7 bənd) azdır. Hesabat ayında ölkədə cari iqtisadi vəziyyət indeksi isə mənfi zonada qalaraq -59,5 bənddən -64,3 bəndədək dəyişib.

"Maliyyə ekspertləri COVID-19-un ikinci dalğasının törətdiyi iqtisadi təsirlərindən və onun fəsadlarından narahatdır. İqtisadiyyata inam indeksi noyabr ayında yenidən əhəmiyyətli dərəcədə azalıb, bu da Almaniya iqtisadiyyatının bərpasının yavaşladığını göstərir” - deyə ZEW-in prezidenti Axima Vambaha bildirib.

Qeyd edək ki, bu ay Avrozonada cari iqtisadi vəziyyət indeksi -76,6 bənddən -76,4 bəndədək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR