İqtisadi Şuranın fəaliyyət istiqamətləri açıqlanıb

İqtisadi Şuranın fəaliyyət istiqamətləri açıqlanıb
# 12 fevral 2021 16:23 (UTC +04:00)

Azərbaycan Respublikasının İqtisadi Şurasının fəaliyyət istiqamətləri məlum olub.

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”yə əsasən, Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

- ölkədə sosial-iqtisadi inkişafın ümumi strategiyasının formalaşdırılmasına dair təkliflər hazırlamaq;

- makroiqtisadi siyasət, makroiqtisadi və maliyyə sabitliyi, ortamüddətli xərclər çərçivəsinə dair tövsiyələr hazırlamaq;

- iqtisadiyyatda struktur və institusional islahatlar proqramlarının hazırlanmasına dair təkliflər vermək;

- iqtisadi sahədə normativ hüquqi aktların layihələrinin sosial-iqtisadi inkişaf strategiyası baxımından ekspertizasını keçirmək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR