MM sədri: “Ötən il ölkəmizin valyuta ehtiyatları artıb”

MM sədri: “Ötən il ölkəmizin valyuta ehtiyatları artıb”
# 16 mart 2021 11:09 (UTC +04:00)

“Bu gün Milli Məclisin yaz sessiyasının 5-ci iclasıdır. Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti hesabat verir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı 44 günlük Vətən müharibəsi zəfərlə başa çatıb: “Qarabağın işğaldan azad edilməsi ölkəmizin qarşısında yeni perspektivlər açıb. Prezidentin də dediyi kimi, şanlı qələbəmiz bütün dünyaya göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bu gün Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmayıb. 2020-ci ildə bütün dünya, o cümlədən Azərbaycan pandemiya şəraitində yaşayıb. Pandemiya makroiqtisadi göstəricilərin aşağı düşməsinə səbəb olub. Bütün bunlara baxmayaraq, ölkəmiz bu vəziyyətdən az itkilərlə çıxıb. Belə bir çətin ildə qeyri-neft sənayesinin 11 % artması dövlət tərəfindən aparılan düşünülmüş siyasətin nəticəsində mümkün olub. Ölkəmizin valyuta ehtiyatları qorunub saxlanılıb, hətta artırılıb. Ötən il ölkəmizin əsas uğurlarından biri olan Cənub Qaz dəhlizinin istismara verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR