Jalə Hacıyeva: "Mikromaliyyələşmə portfelində problemli kreditlərin xüsusi çəkisi 15%-ə endirilib"

Jalə Hacıyeva: "Mikromaliyyələşmə portfelində problemli kreditlərin xüsusi çəkisi 15%-ə endirilib"
# 16 yanvar 2020 14:42 (UTC +04:00)

“Azərbaycanda mikromaliyyəşmədə kredit portfelinin 15%-i problemli kreditlərdir”.

Bunu “APA-Economics”ə Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib.

“Devalvasiyadan öncə 2015-ci ilin əvvəlində problemli kreditlər çox cüzi – 0,6% idi. Devalvasiyadan sonra bu rəqəm 60-70% kimi artmışdı. Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra problemli kreditlərdə kəskin azalma müşahidə olunur. Ötən ilin sonuna kimi mikromaliyyələşmədə problemli kreditlərin xüsusi çəkisi 15%-dək endirilib”, - deyə J. Hacıyeva qeyd edib.

O həmçinin bildirib ki, problemli kreditlərin arasında qadınların sayı cüzidir və bu da onların ən çox məsuliyyəti olmağı, riskdən qorunmağa üstünlük verməsi ilə bağlıdır: “2019-cu ilin sonuna mikromaliyyələşmədə portfel təxminən 370 mln. manat təşkil edib ki, bunun da 70%-i bölgələrdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR