"Moody’s": Avropada bu il yalnız Litva iqtisadiyyatı böhrandan əvvəlki səviyyəyə qayıdacaq

"Moody’s": Avropada bu il yalnız Litva iqtisadiyyatı böhrandan əvvəlki səviyyəyə qayıdacaq
# 12 yanvar 2021 10:53 (UTC +04:00)

"Moody's Investors Service" bu il Avrozona iqtisadiyyatının ortalama 4,3% artacağını proqnozlaşdırır.

"APA-Economics"in "Moody's"ə istinadən verdiyi məlumata görə, bu il ən yüksək ÜDM artımı İspaniyada olacağı gözlənilir – 6%. Buna baxmayaraq, İspaniya 2021-ci ilin sonunadək iqtisadiyyatını böhrandan öncəki səviyyəyədək bərpa edə bilməyəcək və 2022-ci ilə Avrozona ölkələri arasında ən gərgin iqtisadi vəziyyəti olan ölkə kimi daxil olacaq.

Analoji vəziyyət Fransa, Portuqaliya və Belçika üçün də proqnozlaşdırılır. Bu ölkələrin ÜDM-i müvafiq olaraq 5,3%, 5,2% və 4,5% artacağı gözlənilir. Sözügedən iqtisadiyyatların tam bərpası ən azı 2022-ci ilədək uzanacağı güman edilir.

"Moody's" qeyd edir ki, cari ildə Avrozona ölkələri arasında yalnız Litva iqtisadiyyatı 3,3% artaraq COVID-19 pandemiyası böhranından əvvəlki səviyyəyə qayıda biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR