"Moody's" Azərbaycanın reytinqlərinin dövri nəzərdən keçirilməsini başa çatdırıb

"Moody's" Azərbaycanın reytinqlərinin dövri nəzərdən keçirilməsini başa çatdırıb
  • Clock-gray 09:36
  • calendar-gray 18 Dekabr 2020

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqlərinin dövri nəzərdən keçirilməsinin başa çatdırdığını elan edib.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, "Moody's" sözügedən dövri araşdırmalarda reytinqlərin uyğunluğunu və son dəyişiklikləri qiymətləndirir, oxşar reytinqli ölkələrin maliyyə və əməliyyat profillərinin müqayisəsini təkrar aparır.

İcmalda reytinq komitəsi iştirak etmir və bu, kredit reytinqinin dəyişilməsinin və yaxın gələcəkdə kredit reytinqində dəyişiklik olacağına işarə deyil. Agentlik qeyd edir ki, kredit reytinqi və ya proqnozu dövri baxışda dəyişdirilə bilməz.

"Moody's" qeyd edir ki, Azərbaycanın "Ba2" kredit reytinqi ölkənin "ba3" səviyyəsində olan iqtisadi sabitliyini əks etdirir və orta rifah səviyyəsinin karbohidrogenlərin iqtisadiyyata əhəmiyyətli təsirinə və iqtisadi artımın yüksək volatilliyinə qarşı tarazlaşdırır.

Azərbaycanın "a2" səviyyəsində olan maliyyə dayanıqlılığı reytinqi isə ölkənin güclü xalis kreditor mövqeyi ilə dəstəklənir və bu, o deməkdir ki, xarici valyutada olan borcun yüksək payına baxmayaraq, suveren fondların həcmi bütün birbaşa dövlət borclarını və zəmanətlərini əhatə edir.

Agentlik qeyd edir ki, Azərbaycanın baş verə biləcək risklərə qarşı həssaslığı "ba" səviyyəsində qiymətləndirilir və bunun əsas səbəbi kimi, regionda Ermənistanla geosiyasi gərginliyin yaşanması göstərilir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər