"Moody's" Türkiyə iqtisadiyyatı üzrə proqnozunu yüksəldib

"Moody
# 25 fevral 2021 11:01 (UTC +04:00)

“Moody's beynəlxalq reytinq agentliyi, Türkiyənin iqtisadi böyümə proqnozunu 2021-ci ildə 3,5%-dən 4%-ə, 2022-ci ildə 4%-dən 5%-ə yüksəltdi.

APA-Economics”in məlumatına görə, bu barədə agentliyin hesabatında deyilir.

Yenilənmiş proqnoza əsasən, 2020-ci ildə Türkiyə iqtisadiyyatının 5% səviyyəsində gözlənilən azalması 1,1%-lik artımla əvəzlənib.

Hesabatda qeyd olunur ki, G-20 ölkələrinin iqtisadiyyatları yenidən artıma dönəcək. Lakin 2021-ci ildə iqtisadi vəziyyətdəki yaxşılaşma qeyri-bərabər olacaq. Cari ildə ötən ilə nisbətdə bütün G-20 ölkələrində ÜDM artımı gözlənilsə də, bəzi ölkələrdə bu, daha uzun çəkə bilər.

Bu istiqamətdə maliyyə və pul siyasətində və pandemiyanın idarə edilməsində atılan addımlar mühüm rol oynayacaq. G-20 ölkələrində ÜDM-in 2021-ci ildə 5,3%, 2022-ci ildə isə 4,5% artacağı gözlənilir. Avrozonada artım 2021-ci ildə 3,7%, 2022-ci ildə isə 3,9% səviyyəsində olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR