"Moody's" koronavirus və aşağı neft qiymətləri fonunda MDB ölkələrinin bank sektorunu təhlil edib

"Moody
# 31 mart 2020 15:28 (UTC +04:00)

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyinin MDB ölkələrinin bank sektorları üzrə yeni hesabatında koronavirus pandemiyası və neft qiymətlərinin düşməsi səbəbindən bu ölkələrdə istehlak kreditlərinin keyfiyyətinin düşməsinin riskinin artmasını qeyd edir.

APA-Economics”in beynəlxalq reytinq agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, MDB ölkələrində istehlak kreditləşməsində keyfiyyətin aşağı düşməsinin ən böyük riskləri Ermənistandadır. Onun ardınca Rusiya, Qazaxıstan və Özbəkistan gəlir. Hesabatda bildirilir ki, MDB-də təminatsız kreditlərin ən çox konsentrasiya olduğu ölkələr Qazaxıstan, Ermənistan və Azərbaycandır ki, burada istehlak kreditlərinin həcmi bankların kapitalını üstələyir.

Borc məsələlərinə toxunan agentlik, koronavirus epidemiyası sözügedən ölkələrin bir sıra sektorlarında tənəzzülə səbəb olacağını və bu da həmin sektorlarda borcalanların kreditlərini ödəmək qabiliyyətinə mənfi təsir göstərəcəyini gözləyir.

Bundan əlavə, agentliyinin proqnozuna görə, aşağı neft qiymətlərinin uzun müddət davam etməsi Rusiya, Qazaxıstan və Azərbaycanda iqtisadi böyüməni yavaşladacaq ki, bu da sözügedən ölkələrdə aktivlərin keyfiyyətinin aşağı düşməsinə səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR