Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri il 2,8% artıb

Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri il 2,8% artıb
# 16 aprel 2020 11:28 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları üzrə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,1% artaraq 13 380,1 min manat təşkil edib.

"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 80,1%-i mobil rabitənin payına düşüb. Bu ilin ilk üç ayında mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 2,8% üstələyərək 10 725,5 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR