Naxçıvanda orta aylıq əməkhaqqı yanvar-sentyabrda 14% artıb

Naxçıvanda orta aylıq əməkhaqqı yanvar-sentyabrda 14% artıb
# 25 noyabr 2020 10:12 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 528 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 14,1% çoxdur.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında muxtar respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 527,8 manata bərabər olub.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR