Naxçıvanda rabitə xidmətlərinin dəyəri 10% artıb

Naxçıvanda rabitə xidmətlərinin dəyəri 10% artıb
# 12 fevral 2021 10:02 (UTC +04:00)

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin eyni ayı ilə müqayisədə 9,8% artaraq 4 473,4 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ümumi xidmətlərin 72,1%-i mobil rabitənin payına düşüb. Cari ilin yanvar ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1,4% üstələyərək 3 225,0 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR