Naxçıvanın ticarət dövriyyəsi ötən il 3% artıb

Naxçıvanın ticarət dövriyyəsi ötən il 3% artıb
# 21 yanvar 2020 17:30 (UTC +04:00)

2019-cu ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2018-ci ilin göstəricisini 2,8% üstələyərək 497 mln. ABŞ dollarını üstələyib.

"APA-Economics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstəricinin 425,5 mln. dolları ixracın payına düşüb ki, bu da 2018-ci ilin göstəricisini 0,3% üstələyib.

Hesabat dövründə idxalın həcmi 20,9% artaraq 71,5 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR