Naxçıvanın xarici ticarət dövriyyəsi 1,6% artıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 1,6% artıb
# 24 noyabr 2020 17:05 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları üzrə Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrünün göstəricisini 1,6% üstələyərək 386 846,6 min ABŞ dolları təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu ilin 10 ayında ixracın həcmi 0,9% artaraq 334 049,0 min dollar olub. Hesabat dövründə idxalın həcmi 52 797,6 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 6% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR