Nazir: "Büdcədən kənd təsərrüfatı proqramlarına 460 mln. manatdan çox vəsait ayrılacaq"

Nazir: "Büdcədən kənd təsərrüfatı proqramlarına 460 mln. manatdan çox vəsait ayrılacaq"
  • Clock-gray 12:39
  • calendar-gray 07 Yanvar 2021

Kənd təsərrüfatı sahəsində proqramlara 460 mln. manatdan çox vəsaitin ayrılması həyata keçiriləcək.

"APA-Economics" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu proqramlara vəsaitin ayrılması davam etdirilir və bu vəsait hesabına həm fermerlərə müəyyən subsidiyaların verilməsi, o cümlədən ərzaq, əkin sahəsi üzrə və son zamanlar digər yeni subsidiyalaşdırma mexanizmlərinin maliyyələşdirilməsi üçün vəsait ayrılması nəzərdə tutulub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər