Nazir: “Optimist ssenarilər gələn il ÜDM-in 4%, pessimist ssenarilər isə 1,8% artacağını proqnozlaşdırır”

Nazir: “Optimist ssenarilər gələn il ÜDM-in 4%, pessimist ssenarilər isə 1,8% artacağını proqnozlaşdırır”
  • Clock-gray 12:26
  • calendar-gray 23 Dekabr 2020

“2021-ci il dövlət büdcəsində optimist ssenarilər ÜDM-in 4%, pessimist ssenarilər isə 1,8% artacağını proqnozlaşdırır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, makroiqtisadi sabitliyin təmin edilməsi proqnozlaşdırılır: “Əmək bazarında şəffaflaşma prosesləri davam etdiriləcək. Cari 2020-ci ilin sonlarında orta aylıq əməkhaqqının 702 manat olması gözlənilir. Növbəti il üçün yaşayış minimumunun 196 manat müəyyən edilməsi nəzərdə tutulur. Torpaqlarımızın işğaldan azad edilməsi ilə ərazi bütövlüyümüzün təmin edilməsi böyük siyasi əhəmiyyət daşıyır. Vətən müharibəsində böyük qələbənin təmin edilməsi həmin ərazilərdə məşğulluğun təmin olunması, regionda daha geniş iqtisadi layihələrin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sosial-iqtisadi inkişafa nail olunması üçün dövlətin investisiya imkanları ildən-ilə tükənməkdədir. Ona görə də biz bir sıra sahələrdə xərclərimiz artır. Məsələn, səhiyyə, təhsil. Məhz bu konstruksiyadan çıxış edərək özəl daxili və xarici sərmayələrin iqtisadiyyata cəlb edilməsi, bunun üçün müvafiq biznes mühitinin təmin olunması bizim orta və uzun müddətli fəaliyyətlərimizin prioritet istiqamətini təşkil edəcək”.

Firuzə Vahid

Digər xəbərlər