Azərbaycanın neft-qaz tranzitindən əldə etdiyi gəlirlərin artacağı proqnozlaşdırılır

Azərbaycanın neft-qaz tranzitindən əldə etdiyi gəlirlərin artacağı proqnozlaşdırılır
# 23 yanvar 2020 14:25 (UTC +04:00)

Dövlət Neft Fondunun 2020-ci il büdcəsində neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 11,4 milyon ABŞ dolları və ya 19,38 mln. manat həcmində olması proqnozlaşdırılır.

APA-Economics” Hesablama Palatasının Dövlət Neft fondunun 2020-ci il büdcə layihəsinə rəyinə istinadən xəbər verir ki, bu da manat ifadəsilə 2018-ci ilin müvafiq icra göstəricisindən 1,28 milyon manat və ya 7,1% çox, 2019-cu ilin proqnoz göstəricisindən 0,34 mln. manat və ya 1,8% çoxdur.

2020- ci ildə tranzit haqqı üzrə gəlirlərin artması növbəti il üzrə boru tarifinin inflyasiya faktoru nəzərə alınmaqla artması ilə izah edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR