"PAŞA Həyat Sığorta" yeni ünvana köçüb - FOTO

"PAŞA Həyat Sığorta" yeni ünvana köçüb - FOTO
# 11 sentyabr 2020 11:48 (UTC +04:00)

Bu il 10 illik yubileyini qeyd edən Azərbaycanın lider həyat sığortası şirkəti sayılan “PAŞA Həyat” M. Useynov prospekti, 61 ünvanında (Əl oyunları sarayı ilə üzbəüz) yerləşən “Sahil Plaza” adlanan yeni binaya köçür.

Qeyd edək ki, bundan öncə “PAŞA Həyat” şirkətinin baş ofisi Mayakovski, 15 ünvanında yerləşirdi. Şirkətin baş ofisi 14 sentyabrdan etibarən artıq yeni ünvanda fəaliyyət göstərəcək.

Lider sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2010-cu ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2019-cu il tarixinə şirkətin Nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR