Pandemiya dövründə Azərbaycanda innovativ ödəniş alətlərindən istifadə kəskin artıb

Pandemiya dövründə Azərbaycanda innovativ ödəniş alətlərindən istifadə kəskin artıb
  • Clock-gray 10:49
  • calendar-gray 28 Yanvar 2021

2020-ci ildə ani ödəniş sistemlərindən istifadə 10% artıb, rəqəmsallaşma səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib və innovativ ödəniş alətlərindən istifadədə kəskin yüksəliş müşahidə olunub.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev "Fintex Summit Online" ("Maliyyə və Texnologiyalar Sammiti") tədbirində çıxış edərkən deyib.

"Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 34% təşkil edib, elektron ticarət əməliyyatlarını sayı 56%, həcmi isə 23% artıb", - deyə A. Quliyev bildirib.

AMB rəsmisi onu da qeyd edib ki, ötən il pandemiya və rəqəmsallaşma səviyyəsinin artımı fonunda bankomatlardan istifadə təxminən 47% azalıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər