QDTİB Azərbaycan üzrə portfelini 123 mln. avroya çatdırıb

QDTİB Azərbaycan üzrə portfelini 123 mln. avroya çatdırıb
# 28 fevral 2020 10:45 (UTC +04:00)

"Ötən il Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda ümumi dəyəri 70 mln. avro olan üç yeni layihə imzalayaraq ölkə üzrə portfelini 123 mln. avroya çatdırıb". Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq bankdan bildirilib.

Bankda qeyd ediblər ki, bu məbləğə "SOCAR AQS" şirkəti üçün 20 mln. avro dəyərində kredit xəttindən başqa (material və istehsal avadanlıqlarının alınması üçün), SOCAR-la Türkiyədəki "Star" neft emalı zavodu üçün Rusiya neftinin alınması üçün 45 mln. avroluq kredit müqaviləsi və "Turan Bank"a kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün ayrılmış 5 mln. avro dəyərində kredit xətti daxildir.

Qeyd edək ki, ötən ilin sentyabr ayında bankın Azərbaycan üzrə portfeli 100 mln. avrodan bir qədər çox təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR