Qeyri-rezidentlərin Gürcüstan banklarındakı depozitləri 1,6 mlrd. dollara çatıb

Qeyri-rezidentlərin Gürcüstan banklarındakı depozitləri 1,6 mlrd. dollara çatıb
# 27 yanvar 2021 14:51 (UTC +04:00)

Ötən il xarici ölkə vətəndaşlarının və qeyri-rezident şirkətlərinin Gürcüstan banklarında saxladığı depozitin həcmi illik müqayisədə 15% artaraq 5,1 mlrd. lariyə (1,6 mlrd. ABŞ dolları) çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında deyilir.

Bildirilir ki, bu vəsait ölkənin bank sistemi depozitlərinin 14,8%-ni təşkil edib.

Hesabatda qeyd olunub ki, xarici vətəndaşlar və qeyri-rezident şirkətlər Gürcüstan banklarındakı depozitlərini əsasən xarici valyutada saxlayırlar. Belə ki, saxlanılan vəsaitin 4,6 mlrd. larisi (1,4 mlrd. dollar) və ya 90,2%-i xarici valyutadadır.

Ümumilikdə, Gürcüstanın bank sektorunda 34,6 mlrdş lari (10,5 mlrd. dollar) həcmində depozit yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR