"Rabitəbank" məcburi köçkün ailəsinə 65 min manatlıq yardım göstərib ®

"Rabitəbank" məcburi köçkün ailəsinə 65 min manatlıq yardım göstərib ®
# 30 iyun 2020 13:45 (UTC +04:00)

İyunun 30-da 27-ci fəaliyyət ilini qeyd edən “Rabitəbank” ASC COVID-19 virusu ilə bağlı tətbiq edilən karantin rejiminin şərtlərinə uyğun olaraq korporativ-hesabat tədbirini təxirə saldı və sözükeçən tədbirə sərf ediləcək vəsaiti Zəngilan rayonu, Məmmədbəyli kəndindən olan doqquz nəfərlik məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün sərf edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqət mərkəzində saxlayan “Rabitəbank” 29 iyunda Məmmədəmin Rəsulzadə qəsəbəsində məskunlaşmış doqquz nəfər üzvü olan Emiralıyev ailəsini sevindirdi. İllərdir, ev arzusunda olan Emiralıyevlər ailəsinə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Rabitəbank” tərəfindən ailəyə 65 000 manat birdəfəlik maliyyə yardımı göstərildi.

Zəngilan rayonunun Məmmədbəyli kəndindən olan böyük ailənin başçısı Emiralıyev Bilal Xanı oğlu “Rabitəbank”a bu təşəbbüsə görə minnətdarlığını bildirdi, bu addımın nümunəvi mənəvi hərəkət olduğunu vurğuladı: “Böyükdən kiçiyə qədər, hər bir ailə üzvümüzün adından “Rabitəbank”a sonsuz təşəkkürümüzü bildiririk, bizi unutmadıqları üçün və səxavətliliyə görə çox sağ olun”.

“Rabitəbank” korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq 2020-ci ildə də aztəminatlı ailələrin həssas vətəndaş qruplarına rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atmaqdadır və bu addımlar gələcəkdə də davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR