"Rabitəbank"ın mobil tətbiqində "YAŞAT" Fonduna dəstək funksiyası aktivləşdirilib

"Rabitəbank"ın mobil tətbiqində "YAŞAT" Fonduna dəstək funksiyası aktivləşdirilib
# 17 dekabr 2020 11:19 (UTC +04:00)

Azərbaycan başçısının fərmanı ilə 8 dekabrda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu təsis edildi. Qəhrəman şəhidlər və qazilərimizin əmanəti olan ailələrə dəstəyi asanlaşdırmaq üçün “Rabitəbank” öz mobil əlavəsində onlayn ianə funksiyasını aktivləşdirib.

Evdən çıxmadan, məsafədən “YAŞAT” fonduna ianə etmək üçün Rabita Mobile əlavəsini yükləməklə tətbiqin “Ödənişlər” funksiyasından “YAŞAT Fondu” seçiminə keçid etməlisiniz. Hüquqi şəxslər VÖEN nömrəsi, fiziki şəxslər isə şəxsiyyət vəsiqələrinin FİN kodu ilə onlayn ianələrini cəmi bir neçə dəqiqə ərzində rahat şəkildə yerinə yetirmək imkanına sahib olacaqlar. Köçürmə əməliyyatını ödəniş kartı və ya bank hesabı üzərindən həyata keçirmək mümkündür. Tətbiqi yükləmək üçün bu linkə keçid edə bilərsiniz: https://rbt.az/app.

Bu vətəni yaşatmaq üçün qəhrəmanlar can verdi, indi növbə bizdədir!



Vətən müharibəsinin ilk günlərindən bütün hadisələri diqqət mərkəzində saxlayan “Rabitəbank” Ali Baş Komandanın ətrafında sıx birləşərək ordumuza dəstək məqsədli bir sıra təşəbbüslər keçirib. Bundan öncə bankın mobil əlavəsində Silahlı Qüvvələrə Yardım Fonduna onlayn dəstək funksiyası əlavə edildi, eyni zamanda həmin fonda bank tərəfindən 100 min manat vəsait köçürüldü. Həmçinin Bank tərəfindən ön cəbhədə vuruşan hərbi qulluqçularımıza individual maddi-texniki ehtiyaclarını qarşılamaq üçün əsgər payları təqdim olunub, Bankın baş ofisində rəhbər və əməkdaşlar qanvermə aksiyasında könüllü donor oldular

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR