Rusiya indiyədək Azərbaycana 4,9 mlrd. dollar, Azərbaycan isə Rusiyaya 1,2 mlrd. dollar sərmayə yatırıb

Rusiya indiyədək Azərbaycana 4,9 mlrd. dollar, Azərbaycan isə Rusiyaya 1,2 mlrd. dollar sərmayə yatırıb
# 09 dekabr 2019 13:14 (UTC +04:00)

"Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 4,9 mlrd. ABŞ dolları təşkil edir".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasında çıxış edən Azərbaycanın Baş Nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, indiyədək Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 mlrd. dollar investisiya yatırıb.

Bundan başqa, Baş Nazirin müavini bildirib ki, ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 19%, bu ilin 10 ayında isə 23% artıb.

"İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı sahəsində işlər aparılır və onların genişləndirilməsi üçün böyük imkanlar var", - deyə Ş. Mustafayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR