Rusiya iqtisadiyyatı bu il 5% azalacaq, işsizlik 5,7%-ə çatacaq - PROQNOZ

Rusiya iqtisadiyyatı bu il 5% azalacaq, işsizlik 5,7%-ə çatacaq - PROQNOZ
# 22 may 2020 10:10 (UTC +04:00)

Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2020-2023-cü illər üzrə yenilənmiş proqnozuna əsasən, bu il ölkədə ÜDM istehsalı 5% azalacaq.

"APA-Economics" Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təkcə 2020-ci ilin II rübündə ölkə iqtisadiyyatı 9,5% azalacaq və bunun il ərzində ən kəskin azalma olacağı gözlənilir. III və IV rüblərdə ÜDM-in azalma templərinin yavaşlayacağı gözlənilir və müvafiq olaraq 6,3% və 5,2% səviyyəsində olacağı proqnozlaşdırılır.

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikovun sözlərinə görə, bu ilin IV rübündə etibarən Rusiya iqtisadiyyatında bərpa prosesi başlayacaq və artıq 2021-ci ildə ÜDM istehsalı 2,8% artacağı gözlənilir. Qeyd edək ki, 2022-ci və 2023-cü illər üçün iqtisadi artım proqnozları müvafiq olaraq 3% və 3,1% təşkil edir.

İşsizliyə gəldikdə, bu il Rusiyada işsizliyin səviyyəsi 5,7%-dək yüksələ bilər ki, bu da 2011-ci ildən bəri ən yüksək göstərici ola bilər. Lakib artıq gələn il əmək bazarının bərpası gözlənilir və 2022-ci il üçün bu göstərici 5%-dən aşağı düşəcəyi proqnozlaşdırılır.

Nazirliyin hesablamalarına görə, COVID-19 pandemiyası əhalinin gəlirlərinə də təsir edəcək və bunun nəticəsi kimi, əhalinin gəlirləri 3,8% azalacaq. Bu il bu göstərici üzrə ən kəskin azalma II rübdə olacağı (-6%) gözlənilir. Artım 2021-ci ildə 2,8% səviyyəsində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR