Rusiya rublunun Azərbaycan manatına qarşı məzənnəsi altıaylıq minimuma enib

Rusiya rublunun Azərbaycan manatına qarşı məzənnəsi altıaylıq minimuma enib
# 06 oktyabr 2020 11:11 (UTC +04:00)

Bu ilin sentyabr ayının 30-da Rusiya rublunun Azərbaycan manatına qarşı məzənnəsi altıaylıq minimuma enərək 0,0215 manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənnələri cədvəli əsasında apardığı hesablamalara görə, rublun məzənnəsi sonuncu dəfə bu səviyyədən aşağı cari ilin mart ayının 31-də enmişdi. Sözügedən tarixdə 1 rubl 0,0214 manata bərabər olub.

Qeyd edək ki, bu gün də Rusiya rublunun məzənnəsi son yarım il ərzində qeydə alınan ən aşağı hədlərində yerləşir və 0,0218 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR