Rusiyanın "Urals" neftinin orta qiyməti bu il 40,83 dollar olub

Rusiyanın "Urals" neftinin orta qiyməti bu il 40,83 dollar olub
# 31 avqust 2020 15:38 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Rusiyanın "Urals" neftinin bir barelinin orta qiyməti 40,83 ABŞ dolları təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumatda 2019-cu ilin yanvar-avqust aylarında "Urals" neftinin bir barel üçün 64,54 dollar olduğu qeyd edilib. "Urals"ın qiyməti 2020-ci ilin avqust ayında 44,51 dollar olub ki, bu da 2019-cu ilin avqust ayına nisbətən 1,3 dəfə azdır (59,38 dollar). Cari ilin iyul ayında "Urals"ın orta qiyməti 43,91 dollar/barel təşkil edib ki, bu da ötən ilin iyul ayına nisbətən 1,4 dəfə azdır (63,34 dollar).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR