"SOCAR Polymer" yanvarda ixracı 34%-dək artırıb

"SOCAR Polymer" yanvarda ixracı 34%-dək artırıb
# 01 mart 2021 13:28 (UTC +04:00)

"SOCAR Polymer" şirkəti bu ilin yanvar ayı ərzində 14,7 mln ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 33,6% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, aylıq müqayisədə isə (2020-ci ilin dekabr ayı ilə) şirkətin ixracı 9,7% artıb.

"SOCAR Polymer" şirkəti Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Bakıdan 30 km şimalda yerləşir.

Şirkət biri polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki zavod inşa edib. Həmin PP və YSPE zavodlarının istehsal gücü müvafiq olaraq ildə 184 min və 120 min ton təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR