"S&P" Azərbaycanın bank sektorunun risklərini qiymətləndirib

"S&P" Azərbaycanın bank sektorunun risklərini qiymətləndirib
  • Clock-gray 18:18
  • calendar-gray 17 Noyabr 2020

Bu ilin sentyabrın sonlarında Qarabağ münaqişənin eskalasiyası Azərbaycanın maliyyə göstəriciləri, xarici balans və makro-maliyyə sabitliyi üçün riskləri artırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "S&P Global Ratings" agentliyinin açıqlamasında deyilir.

"S&P" mütəxəssisləri bildirir ki, aşağı neft qiymətləri Azərbaycanın iqtisadi inkişaf perspektivlərini daha da çətinləşdirir və bu da, öz növbəsində, potensial valyuta ucuzlaşmasına qarşı yüksək həssaslıqla birlikdə bank sektorunu yüksək iqtisadi tarazsızlıqlara məruz qoyur və aktivlərin keyfiyyətinə təzyiqi artırır.

Açıqlamada deyilir ki, bəzi banklar öz xərclərini çətinliklə ödəyəcək və bu ili çətinliklə itkisiz başa vuracaq. Səbəb olaraq, problemli kreditlərin 2020-ci ildə ikiqat artacağı və gəlirliliyin azalacağı göstərilir.

Bu il kreditləşmədə artım gözləməyən agentlik, gələn il bu göstəricinin 8% artacağını proqnozlaşdırır. Ötən il artım 14,9% təşkil edib.

"Bu il Azərbaycanda banklar tərəfindən yeni kreditlərin verilməsinin yavaşlayacağını gözləyirik. Bundan başqa, kreditlərin dəyərinin ortalama kredit portfelinə nisbəti 2015-2019 illərdə qeydə alınan 3,2%-dən 4%-dək artacaq", - agentliyin açıqlamasında deyilir.

Agentlik 2020-ci ildə Azərbaycanda problemli kreditlərin ümumi portfeldə payının ötənilki 8,3%-dən 14,8%-dək, 2021-ci ildə isə 12,3%-dək azalacağını ehtimal edir. Lakin agentlik onu da bildirir ki, problemli kreditlərin həcminin artmasının pik nöqtəsi və aktivlərin böyük hissəsinin keyfiyyətinin pisləşməsi 2021-ci ildə dayan bilər.

"S&P"yə görə, manatın məzənnəsi volatil olan makroiqtisadi mühitdə təzyiq altında qalır və paritet qaydalarına uyğun olmayan düzəlişlər makroiqtisadi mühitin sabitliyini poza və bank sektorunda kredit risklərini artıra bilər: "Lakin biz başa düşürük ki, indiyədək yerli rezident əmanətləri yuxarı məzənnə ilə xarici valyutaya konvertasiya edilməyib və bank sistemindən birbaşa əsaslı depozit axını olmayıb".

Mirsəid İbrahimzadə

Digər xəbərlər