"S&P": Azərbaycanın xarici ticarət balansının profisitinin ÜDM-dəki payı yenidən artacaq

"S&P": Azərbaycanın xarici ticarət balansının profisitinin ÜDM-dəki payı yenidən artacaq
# 25 yanvar 2021 12:32 (UTC +04:00)

"S&P Global Ratings"in yenilənmiş proqnozlarına əsasən, 2020-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının əsas hissəsini təşkil edən xarici ticarət balansının profisiti ÜDM-in 5,3%-ni təşkil edəcək. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 12,5 faiz bəndi azdır.

"APA-Economics"in "S&P"yə istinadən verdiyi məlumata görə, ticarət balansının profisiti bu il artaraq ÜDM-in 9,6%-nə yüksələcək. Növbəti 3 ildə də artımın olacağı proqnozlaşdırılsa da (2022-ci ildə ÜDM-in 11,6%-i, 2023-cü ildə ÜDM-in 13,6%-i və 2024-cü ildə ÜDM-in 13,5%-i), sözügedən göstərici ən azı 2025-cü ilədək COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıtmayacaq.

Qeyd edək ki, Azərbaycan hökumətinin öz proqnozlarına görə, 2021-ci ildə xarici ticarət balansının profisiti 2 676 mln. ABŞ dolları və ya proqnozlaşdırılan ÜDM-in 6%-ni təşkil edəcək. 2022-ci ildə bu göstərici 3 531,1 mln. dollar (ÜDM-in 7,4%-i), 2023-cü ildə 4 400,4 mln. dollar (ÜDM-in 8,6%-i), 2024-cü ildə isə 4 636,1 mln. dollar (ÜDM-in 8,6%-i) olacağı proqnozlaşdırılır.

Faktiki göstəricilərə gəldikdə, bu ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, xarici ticarət balansının profisiti 2 343,6 mln. dollar və ya ÜDM-in 7,6%-ni təşkil edib. 2019-cü ildə bu göstərici 8 532,9 mln. dollar və ya ÜDM-in 17,8%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR