Şuşada ilk bankomat və ödəniş terminalı quraşdırılıb

Şuşada ilk bankomat və ödəniş terminalı quraşdırılıb
# 29 dekabr 2020 15:17 (UTC +04:00)

İşğaldan azad edilən Şuşa şəhərində "Kapital Bank" ASC-yə məxsus bankomat və ödəniş terminalı quraşdırılıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, müxtəlif dövlət qurumları üzrə, kommunal və rabitə və sair xidmətlərin ödənişlərini, həmçinin pul köçürməsi xidmətindən yararlanmaq mümkündür.

Yaxın vaxtlarda, həmçinin "Azəriqaz" və "Azərsu"nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR