Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə köçürmə ediləcək - YENİLƏNİB

Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə köçürmə ediləcək - YENİLƏNİB
# 28 dekabr 2020 15:22 (UTC +04:00)

"Dövlət borcu haqqında" qanuna təklif edilən dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihəyə əsasən, hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilinəcək.

Təminat Fondundan dövlət büdcəsinə edilmiş transfertin (köçürmənin) məbləği dövlət büdcəsinin gəlirlərinə, Təminat Fondunun isə xərclərinə aid ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu – Təminat Fondu yaradılır.

2021-ci ilin dövlət büdcəsinə dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan 880 milyon manat transfert nəzərdə tutulub.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

***

15.17

Hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilinəcək.

APA-nın məlumatına görə bu, "Dövlət borcu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Təminat Fondundan dövlət büdcəsinə edilmiş transfertin (köçürmənin) məbləği dövlət büdcəsinin gəlirlərinə, Təminat Fondunun isə xərclərinə aid ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu – Təminat Fondu yaradılır.

Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsinə dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan 880 milyon manat transfert nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR