Türk lirəsinin manata qarşı məzənnəsi ikiaylıq minimuma enib

Türk lirəsinin manata qarşı məzənnəsi ikiaylıq minimuma enib
# 05 mart 2021 16:40 (UTC +04:00)

2021-ci ilin martın 5-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2261 manat təşkil edib. Bu, son iki ayda qeydə alınan ən aşağı göstəricidir.

"APA-Economics"in hesablamalarına görə, bundan əvvəl lirənin manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin dekabrın 28-də qeydə alınmışdı – 0,2246 manat.

Qeyd edək ki, 2021-ci ilin fevralın 1-nə Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2336 manata çataraq yarımillik maksimuma çatmışdı. Həmin tarixdən lirə manata nisbətdə 3,21% ucuzlaşıb.

Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0327 manata (biraylıq minimum) 1 Rusiya rublu isə 0,0228 manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR