Türkiyə ÜDM-i ötən rüb 15,6% artıb

Türkiyə ÜDM-i ötən rüb 15,6% artıb
# 30 noyabr 2020 15:28 (UTC +04:00)

Bu ilin III rübündə Türkiyə iqtisadiyyatı illik müqayisədə 6,7%-lik artım nümayiş etdirib.

"APA-Economics"in Türkiyənin Dövlət Statistika Qurumuna ("TurkStat") istinadən verdiyi məlumata görə, təkcə III rübdə ölkədə ÜDM istehsalı əvvəlki rüblə müqayisədə 15,6% təşkil edib və 197,4 mlrd. ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Türkiyənin yeni iqtisadi proqramına əsasən, bu il ÜDM istehsalının 702 mlrd. dollara, 2021-ci ildə isə 735 mlrd. dollara çatdırılacağı nəzərdə tutulur.

Xatırladaq ki, Türkiyənin ÜDM-i 2020-ci ilin I rübündə 4,5% artmışdı, lakin COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsiri səbəbindən II rübdə ÜDM istehsalı 9,9% azalmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR