Türkiyənin qısamüddətli xarici borcu 138 mlrd. dolları ötüb

Türkiyənin qısamüddətli xarici borcu 138 mlrd. dolları ötüb
# 18 fevral 2021 12:56 (UTC +04:00)

Ötən ilin sonuna Türkiyənin qısamüddətli xarici borcunun həcmi illik ifadədə 12,9% artaraq 138,7 mlrd. ABŞ dollarına çatıb.

APA-Economics”in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Mərkəzi Bankının açıqlamasında deyilir.

Bu dövrdə banklardan qısamüddətli xarici borc 4,1% artaraq 58 mlrd. dollara, digər sektorlardan qısamüddətli xarici borc isə 1% artaraq 59,3 mlrd. dollara çatıb.

Bankların xaricdən istifadə etdikləri qısamüddətli kreditlər 17,3% artaraq 8,9 mlrd. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR