Vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükü optimallaşdırılır

Vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükü optimallaşdırılır
  • Clock-gray 12:00
  • calendar-gray 22 Aprel 2020

Azərbayacanda vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükü optimallaşdırılacaq.

"APA-Economics" bu barədə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi barədə məlumata istinadən xəbər verir.

"Sosial sığorta qanunvericiliyi çərçivəsində koronavirus pandemiyasının mənfi təsirinə məruz qalmış sahələrdə çalışan bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükü də azaldıla bilər. Bununla bağlı müzakirəyə çıxarılmış güzəştlər geniş spektri əhatə edir. Layihədə bu kateqoriya üzrə şəxslərin sosial sığorta yükünün əldə etdikləri gəlirlərdən xərclər çıxılmaqla 10%-i miqdarında müəyyən edilməsi nəzərdə tutulur.",-deyə məlumatda qeyd olunub.

 

 

 

Nərmin Rəhimova

Digər xəbərlər