Yaponiya iqtisadiyyatı son 5 ildə ilk dəfə resissiya ilə üzləşib

Yaponiya iqtisadiyyatı son 5 ildə ilk dəfə resissiya ilə üzləşib
# 08 dekabr 2020 10:55 (UTC +04:00)

Bu ilin III rübündə Yaponiyada ÜDM istehsalı illik ifadədə 22,9% artsa da, pandemiya səbəbindən müxtəlif məhdudiyyətlər və azalan tələbatın təsiri fonunda cari ilin II rübdəki dərin iqtisadi azalmanı kompensasiya edə bilməyib.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin təqdim etdiyi hesabatda deyilir.

Qeyd olunur ki, 2020-ci ilin III rübündə Yaponiya ÜDM-i 2020-ci ilin I rübündəki 545,7 trln. yenə (təqribən 5,2 trln. ABŞ dolları) qarşı 527,14 trln. yen (5 trln. dollar) təşkil edib. Eyni zamanda, II rübdə ölkənin ÜDM-i 29,2% azalıb ki, bu da 1955-ci ildən (statistika aparılan müddət ərzində) bəri ən böyük enmədir.

Yaponiya hökuməti hesab edir ki, artan daxili istehlakdan qaynaqlanan iqtisadi böyümə dördüncü rübdə də davam edəcək. Bu, milli ÜDM-in yarısından çoxunu formalaşdırır.

Eyni zamanda, 2019-cu maliyyə ilində (2019-cu ilin aprelindən 2020-ci ilin martınadək) ölkənin ÜDM-i 0,3% azalıb. Son 5 ildə ÜDM-də ilk dəfə qeydə alınan azalmaya alış-verişdə istehlak vergisinin artması təsir edib ki, bu da ölkədə daxili tələbatın azalmasına səbəb olub.

Xatırladaq ki, may ayında Yaponiyada sənaye istehsalı 2013-cü ilin yanvarından bəri minimuma enmişdi. İyunun əvvəlində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünya iqtisadiyyatının 2020-ci ildə 7,6%-ə enəcəyini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR