ADIF mərkəzləşdirilmiş multibank və kreditlərin yığımı sistemini təkmilləşdirir

ADIF mərkəzləşdirilmiş multibank və kreditlərin yığımı sistemini təkmilləşdirir
# 23 sentyabr 2019 18:04 (UTC +04:00)

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF – Azerbaijan Deposit Insurance Fund) mərkəzləşdirilmiş multibank və kreditlərin yığımı sisteminin təkmilləşdirilməsi üzrə işlər aparır.

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar mövzusunda siyasi müzakirələrdə iştirak edən ADIF-in maliyyə departamentinin direktoru Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu, Fond tərəfindən informasiya texnologiyaları sahəsində aparılan yeni işlərdən biridir: "Sistemin təkmilləşdirilməsi nəzarəti asanlaşdıracaq. Bunun sayəsində də hər hansı hesabat lazım olduqda onu operativ şəkildə əldə etmək mümkün olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR