BFB-də AMB-nin 170 mln. manatlıq qısamüddətli notları yerləşdirilib

BFB-də AMB-nin 170 mln. manatlıq qısamüddətli notları yerləşdirilib
# 16 oktyabr 2019 15:26 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102876S dövlət qeydiyyat nömrəli, 170 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiyməti 99,5158 AZN (6,26%) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 547 248 700 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26%), orta ölçülmüş qiyməti isə 99,5158 AZN (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 14 noyabr 2019-cu ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR