Azərbaycan humanitar yük idxalını azaldıb, ixracını isə artırıb

Azərbaycan humanitar yük idxalını azaldıb, ixracını isə artırıb
# 23 sentyabr 2019 10:27 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 21,957 mln. ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal olunub.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,332 mln. dollar və ya 36% azdır.

Bununla yanaşı hesabat dövründə Azərbaycan 712 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım ixrac edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR