Azərbaycan son 10 ildə TDƏŞ ölkələrinin iqtisadiyyatına 15,3 mlrd. dollar yatırıb

Azərbaycan son 10 ildə TDƏŞ ölkələrinin iqtisadiyyatına 15,3 mlrd. dollar yatırıb
  • Clock-gray 15:28
  • calendar-gray 14 Oktyabr 2019

Azərbaycan 10 il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iştirakçısı olan ölkələrin iqtisadiyyatlarına 15,3 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov TDƏŞ-in VII Zirvə Görüşü çərçivəsində keçirilən biznes forumda bildirib.

Onun sözlərinə görə, Şura üzvləri ölkələri isə Azərbaycanın iqtisadiyyatına 12,3 mlrd.  dollar investisiya yatırıb.

Nazir müavini həmçinin qeyd edib ki, Şura iştirakçısı olan ölkələr arasında investisiyaların artırılması üçün yeni mexanizmlər tətbiq edilməlidir. Belə mexanizmlərdən biri də birgə investisiya fondu ola bilər.

Hazırda Şura iştirakçıları ölkələr arasında ticarət dövriyyəsi 7 mlrd. dollar təşkil edir,  Özbəkistanın quruma daxil olması ilə bu göstərici 12 mlrd. dollara çatacaq, deyə R. Məmmədov əlavə edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date