Azərbaycanda banklarda leverec əmsalına dair tələblər artırılıb

Azərbaycanda banklarda leverec əmsalına dair tələblər artırılıb
# 05 noyabr 2019 14:59 (UTC +04:00)

Azərbaycanda banklarda leverec əmsalına dair tələblər artırılıb.

"APA-Economics"in məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Leverec əmsalı I dərəcəli kapitaldan bütün “qeyri-maddi” aktivlərin xalis dəyəri (amortizasiyası nəzərə alınmaqla) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə müəyyən olunmuş təxirə salınmış vergi aktivlərinin məbləği tutulduqdan sonra bankın I dərəcəli kapitalının balans aktivlərinə və bankın hesablarında girov qoyulmuş Azərbaycanın milli valyutası ilə, xarici valyuta ilə və ya bank metalları ilə təmin olunmuş hissəsi istisna olmaqla, balansdankənar öhdəliklərinə nisbətidir.

Dəyişikliyə əsasən, noyabrın 30-dan depozit valyuta svopları üzrə bağlanan əqdlər aşağıdakı hallarda netləşdirilərək leverec əmsalında nəzərə alınacaq:

- müddəti 1 ilə qədər olan əqdlərin məcmu məbləği cəmi aktivlərin 10 faizindən az hissəsini təşkil etdikdə;

- müddəti 1 ildən artıq olan əqdlərin məcmu məbləği cəmi aktivlərin 15 faizindən az hissəsini təşkil etdikdə;

- depozit valyuta svopları üzrə bağlanan bütün əqdlərin cəmi məbləği cəmi aktivlərin 15%-dən az hissəsini təşkil etdikdə.

Netləşdirmə zamanı bankın svop əqdinin şərtlərinə uyğun olaraq digər banka yerləşdirdiyi depozitlər həmin bankın qarşısında yaranmış öhdəlik həcmində nəzərə alınmır. Vəsaitlərin netləşdirilməsi üçün aşağıdakı şərtlər təmin edilməlidir:

- yerləşdirilmiş depozit vəsaiti yerləşdirən bank üçün bloklaşdırılır;

- yerləşdirilmiş depozit cəlb edilmiş vəsait üçün girov qismində çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR