Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi 17%-ə yaxın artıb

Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi 17%-ə yaxın artıb
# 30 avqust 2019 15:25 (UTC +04:00)

Azərbaycanda dövriyyədə olan nağd pulların ümumi həcmi avqustun 1-nə 9 310,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, son bir ayda ölkədə dövriyyədə olan nağd pulların həcmi 136,8 mln. manat və ya 1,5%, ilin əvvəlindən 946 mln. manat və ya 11,3%, son bir ildə isə 1 322,5 mln. manat və ya 16,6% artıb.

Qeyd edək ki, avqustun 1-nə Azərbaycanda pul bazası 11 668,0 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 1 024,3 mln. manat və ya 9,6%, son bir ildə isə 1 588,9 mln. manat və ya 15,8% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR