Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,3% artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,3% artıb
# 20 noyabr 2019 11:28 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,3% artaraq 7 439,1 mln. manat olub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5 439,8 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,1%-i təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 751,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 26,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR