Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi cüzi azalıb

Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi cüzi azalıb
# 17 oktyabr 2019 12:01 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 146,2 mln. manat vəsait yönəldilib (ötən illə müqayisədə 0,02%-lik azalma), sərf edilmiş vəsaitin 66,7%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumi sərmayənin 65,4%-i məhsul istehsalı sahələrinə, 25%-i xidmət sahələrinə, 9,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,5%-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 57,5%, büdcə vəsaitləri 26,9%, bank kreditləri 7,3%, əhalinin şəxsi vəsaitləri 6,6%, büdcədənkənar fondların vəsaitləri 1,5%, sair vəsaitlər isə 0,2% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR