Azərbaycanda manatla pul bazası 21% artıb

Azərbaycanda manatla pul bazası 21% artıb
# 02 iyul 2019 14:35 (UTC +04:00)

Bu ilin iyulun 1-nə Azərbaycanda pul bazası 10 376,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 788,9 mln. manat və ya 20,8% çoxdur.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, may ayı ilə müqayisədə cari ilin iyun ayında Azərbaycanda pul bazası 204,5 mln. manat və ya 2% artıb, ilin əvvəlindən isə 1 667,7 mln. manat və ya 19,1% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR