Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 faizədək artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 faizədək artıb
  • Clock-gray 12:51
  • calendar-gray 15 Avqust 2019

Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9% üstələyərək 21,1 milyard manata bərabər olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ticarət dövriyyəsinin 10,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib, satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyul aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5% və 3,2% artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,4%-i ərzaq məhsullarının, 4,8%-i içkilər və tütün məmulatlarının, 17,9%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,2%-i ticarət müəssisələri, 49,3%-i fərdi sahibkarlar tərəfindən, 30,5%-i  isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,5%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalarda isə 5,1% azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 153,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date