Azərbaycandakı sığorta şirkətlərinin bu il topladığı sığorta haqları 9% azalıb

Azərbaycandakı sığorta şirkətlərinin bu il topladığı sığorta haqları 9% azalıb
  • Clock-gray 12:33
  • calendar-gray 18 İyul 2019

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 361,3 mln. manat məbləğində sığorta haqları toplanıb, 119,1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

APA-Economics”in Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən verdiyi məlumata görə, hesabat dövründə ötən ilin ilk yarısı ilə müqayisədə toplanan sığorta haqları 8,9%, həyata keçirilən sığorta ödənişləri isə 0,2% azalıb.

Könüllü sığorta bazarı üzrə haqlar 241,8 mln. manat, ödənişlər isə 83,3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 119,5 mln. manat, ödənişlər isə 35,8 mln. manat olub.

Bu ilin yanvar-iyun aylarında sektor üzrə məcmu sığorta haqlarının 66,9%-i könüllü, 33,1%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin  69,9%-i könüllü, 30,1%-i icbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə qeyri-həyat sığortasının könüllü növləri üzrə sığorta haqlarında 3% (3,9 mln. manat), icbari növləri üzrə sığorta haqlarında 7% (5,9 mln. manat) artım müşahidə edilib. Qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta üzrə 19% (10,4 mln. manat), avtonəqliyyat vasitələrinin sığortası üzrə 31% (3,9 mln. manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6% (2,7 mln. manat) və daşınmaz əmlakın icbari sığortası üzrə isə 17% (2,6 mln. manat) olub.

Bundan əlavə, həyat sığortasının icbari növü üzrə 19%-lik (4,1 mln. manat) artım qeydə alınıb.

APA-Economics

Digər xəbərlər

Arxiv

date